"Rusiya prezidenti öz adamlarını yığıb deyir ki, gedin yol çəkməyi Bakıdan öyrənin..."

Avtosfer.Az “Azərbaycan Dəmir Yolları” QSC sədri, millət vəkili Cavid Qurbanovun Milli Məclisin bu günki iclasındakı çıxışını sinxron olaraq təqdim edir:
"Bakı şəhərində yol tikintisi sahəsində görülən işləri danmaq adama bir az pis təsir edir. Amma bir şeyi diqətinizə çatdırmaq istəyirəm ki, Bakı şəhəri Abşeron yarımadasında yerləşir və buna görədə ərazi üç tərəfdən su ilə əhatə olunduğundan şəhərə giriş - çıxış məhduddur. Yəni digər ölkə paytaxtlarında olduğu kimi Bakı şəhərində yolların bir neçə istiqamətdən ətrafa paylanması məsələsi çətindir. Demək olar ki, paytaxta cəmisi iki istiqamətdən giriş-çıxış var. Biri Bibiheybət-Şıxov, digəri isə Rusiya istiqamətidir. Başqa çıxışımız yoxdur. Ona görə də bu cür çətinliklər əmələ gəlir. Amma Bakıda yol infrastrukturunun çəkilməməsi barədə iddialar düz deyil. Rusiya Federasiyasının prezidenti öz adamlarını yığıb deyir ki, siz gedin yol çəkməyi Bakıdan öyrənin. Bu gün yollarımız çox keyfiyyətli çəkilir və bütün standartlara cavab verir.
Fazil müəllimin (Fazil Mustafa - red.) qaldırdığı məsələyə gəldikdə isə bildirim ki, bu barədə cənab prezidentin müvafiq sərəncamı və ciddi tapşırığı var. Bakı şəhərində dəmiryol nəqliyyatının inkişafı üçün də vəsait ayrılıb və Bakı-Sumqayıt, eləcə də dairəvi dəmir yol xətti istiqamətində təkcə 26 yeni stansiya tikilməsi nəzərdə tutulur. Artıq ilin axırına qədər onlardan bir neçəsi, konkret olaraq Sabunçu və Pirşağı stansiyası istifadəyə veriləcək. Hava limanına qədər də dəmiryolu xətti çəkiləcək və artıq bu yolun da layihələndirilməsi başa çatdılırlıb. Yəni tezliklə hava limanını şəhərin mərkəzi ilə, konkret olaraq 28 maya qədər birləşdirən sürətli dəmiryol xətti və müasir “elektriçka”lar işləyəcək.
Metro tikintisi barədə deyilənlərə gəldikdə isə bildirim ki, metronun xərci çox olduğuna görə biz çalışırq yerüstü dəmiryol xəttinə daha çox üstünlük verilsin. Çünki bu zaman daha az xərclə daha keyfiyyətli yol infrastrukturu yaratmaq mümkün olur".
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












