Rusiyada benzin qıtlığı - VİDEO

Rusiyada yanacaq bazarının nümayəndələri istər pərakəndə, istərsə də kiçik ölçüdə benzin təchizatında problem yarandığından şikayət edirlər. Avtosfer.az aznews.az-a istinadən xəbər verir ki, deyilənə görə, qıtlıq böyük neft şirkətlərinin keçirdikləri iclasdan sonra yaranıb. Belə ki, bu qurumlar daxili bazara nəzərdə tutulan benzin satışında dəyişikliklər ediblər. Bundan sonra onlar ilk növbədə özlərinə aid olan benzin doldurma stansiyalarını təchiz edəcəklər. Bu da yanacağın lokal şəkildə azalmasına gətirib çıxaracaq. Bu haqda məlumatı "Kommersant" nəşri bazar rəsmilərindən alıb. Mənbə bildirir ki, benzin qıtlığı daha çox Şərqi Sibirdə yaranıb. Ölkənin mərkəzi rayonlarında isə heç bir qıtlıq aşkar edilməyib. Ən çox kritik vəziyyət Xantı-Mansiysk muxtar dairəsində qeydə alınıb. Yerli hakimiyyət benzinin və dizel yanacağının satılmasından ötrü gündəlik nəzarət sisteminə keçib.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












