Rusiyada dəhşətli görüntülər: ölənlər və itkin düşənlər var – FOTO + VİDEO

Rusiyanın Soçi şəhəri leysan yağışlarından sonra blokadaya düşüb. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, güclü yağıntılar şəhərdə və ətraf rayonlarda həyatı iflic edib. Tuapse-Lazrevsk rayonları arasındakı körpü dağılıb, yağışlarla əlaqədar Soçidə, Тuapse və Apşeron rayonlarında fövqəladə vəziyyət elan edilib. Ümumilikdə hər üç yaşayış bölgəsində 1662 ev qazsız, 2720 ev isə elektrik enerjisiz qalıb. Fəlakətin nəticələrinin aradan qaldırılmasına 700-dən çox insan və 150 ədəd texnika cəlb edilib.
***
Güclü leysan yağışları nəticəsində Rusiyanın Soçi şəhərində həyat iflic olub. Soçinin yerləşdiyi Krasnodar vilayətində 2 minə qədər ev dağılıb. Təbii fəlakət nəticəsində iki nəfər həlak olub, daha biri itkin düşüb. Regionda ən yaxın iki gündə tufan xəbərdarlığı verilib. Soçinin Lazarev rayonunda Makopse çayı üzərindəki körpü uçub. Rusya KİV-lərinin yazdığına görə, şəhər demək olar ki, su altındadır. Şəhərin küçələrində yüzlərlə avtomobil tərk olunmuş vəziyyətdədir. Sürücülərdən şəxsi nəqliyyatda səfərlərdən imtina etməyi xahiş edirlər. İctimai nəqliyyatın hərəkətində isə ciddi problemlər yaranıb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












