Rusiyada leysan yağışları: 2 ölü, 5 yaralı - FOTO

Rusiyanın Krasnodar diyarında yağan leysan yağışları nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb, 1 nəfər isə itkin düşüb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu yerli Fövqəladə Hallar Xidmətindən bildiriblər. Leysan nəticəsində Tuapse, Apşeron rayonlarında, Soçi şəhəri ətrafındakı Lazer rayonunda 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Yaralıların 3-ünə tibbi yardım göstərilib. Bir nəfər isə itkin düşüb. Məlumata görə, 27 yaşayış məntəqəsində 6000 sakin, o cümlədən 900-dən çox uşağın yaşadığı 1700 evi su basıb, 1500 hektarlıq bağ sahəsi su altında qalıb. Təhlükəsizlik məqsədi ilə 380 nəfər, o cümlədən 99 uşaq təxliyyə edilib. Bundan başqa, 4700-dən çox insanın olduğu 18 sərnişin qatarının reysi gecikib. Təbii fəlakətin nəticələrini aradan qaldırmaq məqsədi ilə hadisə yerinə 700-dən çox əməkdaş, 150 ədəd texnika, o cümlədən 3 qəza-bəpra qatarı cəlb edilib. Sinoptiklərin proqnozuna əsasən, oktyabrın 25-də siklon Krasnodar diyarı və Adıgey Respublikası ərazisinə təsir göstərməyə davam edəcək.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO













