Rusiyada təyyarə qəzasında həlak olan Azərbaycan vətəndaşının meyiti müəyyənləşib
Gündəm
11 Aprel 2018 12:31

Bu qəzadan sonra tapılan ilk meyitdir
Mütəxəssislər Rusiyada "An-148" təyyarəsinin qəzaya uğraması zamanı həlak olan Azərbaycan vətəndaşının meyitini müəyyən edib. Trend-in məlumatına görə, meyit yaxınlarına təhvil verilib və dəfn olunmaq üçün təyyarə ilə yola salınıb. Qeyd edilib ki, bu, həmin qəzadan sonra tapılan ilk meyitdir.
Orenburq vilayətinin qubernatoru deyib ki, həlak olanların meyitlərinin DNT analizi bir aydan çox vaxt aparacaq.
Xatırladaq ki, fevralın 11-də Moskva-Orsk reysini həyata keçirən "Saratov Hava Yolları"na məxsus "An-148" sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. Təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur.
Oxunub : 1050
DİGƏR XƏBƏRLƏR
15 Oktyabr 2026 11:30
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
15 Oktyabr 2026 11:00
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
15 Oktyabr 2026 10:53
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
15 Oktyabr 2026 10:36
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
15 Oktyabr 2026 09:36
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
15 Oktyabr 2026 08:43
Bu yollarda tıxac var - SİYAHI
14 Oktyabr 2026 22:47
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
14 Oktyabr 2026 22:08
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
14 Oktyabr 2026 21:52
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
14 Oktyabr 2026 21:21
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
14 Oktyabr 2026 18:30
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
14 Oktyabr 2026 18:00
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
ŞƏRH YAZ












