Rusiyanın daha 2 şirkəti Azərbaycana uçuşlar həyata keçirəcək

UVT AERO və “Nordavia” aviaşirkətləri Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyindən Azərbaycana beynəlxalq reyslərin həyata keçirilməsi üçün razılıq alıb. Avtosfer.az-ın “Report”a istinadən verdiyi məlumata görə, UVT-AERO aviaşirkəti həftədə 2 dəfə olmaqla Kazan-Gəncə və həftədə 1 dəfə olmaqla Moskva-Naxçıvan istiqamətində uçuşlar həyata keçirəcək. Bundan başqa, məlumatda deyilir ki, “Nordavia” aviaşirkəti isə Moskva-Naxçıvan istiqamətində uçuçların həyata keçirilməsi üçün razılıq əldə edib. Uçuşlar həftədə 2 dəfə həyata keçiriləcək.
Qeyd edək ki, UVT-AERO aviaşirkəti 2015-ci ildə bağlanmış “Ak Bars Aero” şirkətinin bazasında yaradılıb. Şirkət Tatarıstanın şəhərlərindən müntəzəm aviareyslər həyata keçirir. Şirkətin Kazan, Buqulma və Bekişevo şəhərlərində hava limanları mövcuddur.
“Nordavia” şirkəti isə Rusiyanın Şimal-Qərb Federal Dairəsindən Rusiya üzrə sərnişinlərin daşıması ilə məşğuldur. Şirkətin mərkəzi ofisləri “Domodedovo” və “Arxangelsk” aeroportlarında yerləşir. Daşıyıcının parkında “Boeing-737-500” sərnişin laynerləri mövcuddur.
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO










