Rüşvət alan polis zabiti həbs olundu

Rusiya İstintaq Komitəsi Peterburqun Frunzensk rayonunun 27-ci polis bölməsinin 36 yaşlı rəis müavini, polkovnik-leytenant Adrey Qubini iki sutka müddətinə həbs edib. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, ona qarşı külli miqdarda rüşvət alma maddəsi ilə ittiham irəli sürülüb. "Fontanka" nəşri xəbər verir ki, polkovnik-leytenant qaçırılan avtomobilin geri qaytarılması zamanı 200 min rubl (2875 dollar) rüşvət alıb. Məlumatlara görə, o, sentyabrın 11-i, yerli vaxtla 20:00-da bölmə yaxınlığında Peterburq sakini ilə görüşüb. O, rüşvəti öz avtomobilində qəbul edib. İstintaqdan bildirilib ki, bu pulu Qubin azərbaycanlıdan onun "Toyota Camry" avtomobilini geri qaytardığı üçün alıb. Əməli sübuta yetirilərsə, Qubin vəzifəsindən azad ediləcək, onun tabeliyində olan şəxslər isə intizam məsuliyyətinə cəlb olunacaqlar.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












