Rüşvət alan prokuror işdən qovuldu

Rusiyanın baş prokuroru Yuri Çayka Sankt-Peterburqun Moskva rayon prokuroru Vladimir Rebonu işdən azad edib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, 2010-cu ildən bu vəzifəni icra edən prokurorun işdən azad edilməsinə səbəb onun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi olub. Prokuror Rebonun işdən azad edilməsi azərbaycanlının rüşvət verməsi epizodu ilə bağlıdır. Belə ki, Moskva rayonunda dələduzluqda ittiham olunan Azərbaycan sakini tutulub. İstintaq hesab edir ki, o, rayon prokurorluğunun apardığı yoxlama zamanı 95 min avro rüşvət verib. Qeyd edək ki, Sankt-Peterburqda ən nüfuzlu rayon prokurorlarından hesab olunan Vladimir Rebonun əmisi Mixail Rebo Almaniyadakı yəhudi icmasının rəhbərlərindən biridir. Onun Avropanın böyük mafiya qrupları ilə də əlaqəsinin olduğu bildirilir.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












