Rüşvət görə icra məmuruna şərti cəza verilib

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almada təqsirləndirilən Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru işləmiş Pərviz Nəbizadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Qeyd edək ki, P.Nəbizadə uzun illər Nərimanov Rayon İcra Şöbəsində icra məmuru kimi fəaliyyət göstərib və bu ilin əvvəllərində vəzifə səlahiyyətlərini yerinə yetirən zaman rüşvət aldığına görə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə) maddəsi ilə cinayət işi başlanıb. İttihama aktına əsasən, P.Nəbizadə vətəndaşdan 300 manat alıb. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilməyib.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












