Rüşvət verməkdə təqsirləndirilən sabiq direktor müavininə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət verməkdə təqsirləndirilən Samirə Əjdərzadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə S.Əjdərzadə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 79-cu maddəsi nəzərə alınaraq, qadının azyaşlı uşağı 14 yaşına çatana qədər hökmün icrası təxirə salınıb.
Qeyd edək ki, S.Əjdərzadə barəsində Cinayət Məcəlləsinin (CM) 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində polisin nəzarəti qətimkan tədbiri seçilib.
Xatırladaq ki, S.Əjdərzadə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Elçin Şəmiyev adına 149 saylı tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
O daha əvvəl dələduzluqda təqsirli bilinib və Binəqədi Rayon Məhkəməsi ona şərti cəza verib.
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO










