Rüşvətə görə həbs edilən FHN-in keçmiş əməkdaşı ilə bağlı qərar

Ali Məhkəmədə rüşvət vermə və dələduzluqda təqsirləndirilən Fariz Məlikovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, F.Məlikovun kassasiya şikayəti təmin edilmədən saxlanılıb. İttiham aktına əsasən, özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) vəzifəli şəxsi kimi təqdim edən F.Məlikov müxtəlif şəxsləri işə düzəltmək adı ilə aldadaraq onlara yalan vədlər verib. O, vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinib. Təqsirləndirilən şəxs qismində dindirilən F.Məlikov ifadəsində 2009-2015-ci illər ərzində FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində müfəttiş vəzifəsində işlədiyini, 2015-ci ildə öz ərizəsi ilə işdən azad olunduğunu deyib. 2014-cü ilin iyun ayında tanışı Akim Məlikovun vasitəsilə Xaçmaz rayon sakini İlqar Xəlilov ona müraciət edərək qohumu Abumüslüm Əliyevin FHN-ə işə qəbul olunmaq istədiyini söyləyib, F.Məlikov da ona köməklik göstərəcəyinə və işə qəbul etdirəcəyinə söz verib. Bu məqsədlə ondan 10 min dollar pul alıb, həmin məbləği şəxsi ehtiyacları üçün istifadə edib. Bakı şəhər sakini İlhami Bayramov, Hacıqabul rayon sakini Xaliq Rəcəbov, Qəzənfər Musayev, İxtiyar Nəsirov, Fəqan Əliyev, Mirəddin Talıbov, Tural Tarverdiyev, hətta əsgərlik yoldaşı Valeh Həsənov da eyni üsulla aldadılıb. Ən maraqlısı odur ki, F.Məlikovun törətdiyi dələduzluq əməllərindən FHN-də işləyən həyat yoldaşı Aygün Məlikovanın da xəbəri olub. Ərinin tora saldığı şəxslərlə əlaqə saxlayan qadın işlədiyi Nazirliyə şikayət olunmasın deyə onlara alınan məbləğin hamısını geri ödəniləcəyinə dair söz verib. F.Məlikova qarşı Cinayət Məcəlləsinin 32.4, 312-ci (ələ alma, rüşvət vermə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Məlikov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










