“Ryanair” aviaşirkətində tətil gözlənilir

“Ryanair” aviaşirkəti sentyabrın 28-də 190 reysi ləğv edəcək. Avtosfer.az Azərtac-a istinadən məlumat verir ki, şirkətin hər gün yerinə yetirdiyi 2400 reysin təqribən 8 faizi ləğv ediləcək, şirkətin 450 min müştərisindən 30 mini bundan ziyan çəkəcək. Reyslərin ləğv edilməsinə səbəb altı Avropa ölkəsində: Belçika, Almaniya, İspaniya, İtaliya, Niderland və Portuqaliyada təyyarə bələdçilərinin tətilinin davam etməsidir. Aviaşirkətin özündə qarşıdakı tətili “gərəksiz hadisə” kimi səciyyələndiriblər. Daşıyıcı bildirib ki, İrlandiya, Böyük Britaniya, Almaniya və Portuqaliyadakı heyətlərlə razılıq əldə edilib və digər ölkələrdəki əməkdaşlar müvafiq kontraktlar bağlanmasına dair danışıqları davam etdirməyə dəvət olunub. Avropada ən yüksək gəlirli aviaşirkətin pilotlarının və bələdçilərinin tətilləri bir ildən çoxdur ki, davam edir. Onlar əməkhaqqının artırılmasını və əmək şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Almaniyanın ARD ictimai-hüquqi media şirkətinin verdiyi məlumata görə, keçən həftə “Ryanair” şirkətinin Almaniyadakı pilotları gələcəkdə onlara ştatlı əməkdaşlar statusu veriləcəyi və bundan sonra ixtisasartırma ilə bağlı xərcləri özləri ödəməli olmayacaqları barədə razılıq əldə edə biliblər.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












