Saatlıda qətl törədilib: Polis cinayətkarı axtarır - VİDEO

Həyat yoldaşından ayrılmaq istəməyən oğlan qayınanasının evinə gedərək qətl törədib. Avtosfer.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında Saatlı rayonunda olub. 28 yaşlı rayon sakini Xəyal Həşimov ailə münaqişəsi zəmnində qayınanası, 58 yaşlı Hökumə Alışovaya və həyat yoldaşı 25 yaşlı Gülbikə Həşimovaya bıçaqla xəsarətlər yetirib. Hökumə Alışova aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib, Gülbikə Həşimova isə Saatlı Rayon Mərkəzi Xəstəxanasına, ordan isə əməliyyat olunmaq üçün Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, Həşimovlar ailəsi Bakı şəhərində yaşayırmışlar. Ailədə münaqişə yarandığından rəsmi boşanma ərəfəsində olublar. Qadın Saatlı rayonuna, ata evinə qayıdıb. Ötən gün axşam saatlarında sərxoş vəziyyətdə həmin evə gələn Xəyal Həşimov baş verənlərdən əsəbiləşərək hadisəni törədib. Polis onu axtarır.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












