Sabah Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı təntənəli iclas keçiriləcək

Sabah - sentyabrın 21-də Azərbaycan Parlamentinin 100 illiyinə həsr edilən təntənəli iclas keçiriləcək. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, yubiley mərasimi Milli Məclisin inzibati binasında təşkil ediləcək. Tədbirdə Türkiyə, Səudiyyə Ərəbistanı, Gürcüstan, Əfqanıstan, Küveyt, Bəhreyn, Bosniya və Herseqovina, Bolqarıstan, Cibuti, İndoneziya, Pakistan və Oman Sultanlığı parlament sədrləri səviyyəsində təmsil olunacaq. Tədbirə Rusiyanın, İranın, Macarıstanın, Polşanın, Serbiyanın, Monteneqronun, Çexiyanın, Qazaxıstanın, Özbəkistanın, Tacikistanın, Vyetnamın isə parlament sədrlərinin müavinləri qatılacaqlar. Ümumilikdə tədbirə 150 ölkənin parlamentinin nümayəndə heyəti qatılacaq. Təntənəli iclasda ATƏT Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA), Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA), Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA), Avropa Parlamenti, GUAM (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) Parlament Assambleyasının nümayəndələri də iştirak edəcəklər.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












