Sabah Bakıda intensiv yağış yağacaq

Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-7°, gündüz 10-13° isti, Bakıda gecə 5-7°, gündüz 10-12° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80% olacaq. Nazirlik eyni zamanda xəbərdarlıq da edib. Belə ki, noyabrın 25-də Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz olacağı gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-7° isti təşkil edəcək.
Bakıdakı bu bina niyə tarixi abidə siyahısından çıxarılıb? – FOTO
Bu küçədə nə zibil yığışdırılır, nə də ağaclar budanır - ŞİKAYƏT – VİDEO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Şuşada beynəlxalq konfrans keçirildi - FOTOLAR
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Bakının 6 rayonunda yollar təmir olunacaq - SİYAHI
Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək - İlham Əliyev
İlham Əliyev Donald Trampı təbrik etdi – FOTO
Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan tarixində hansı izləri qoyub? – Deputatlar AÇIQLADI
“İranla saziş imzalandı, hamını təbrik edirəm!” - TRAMP
Azərbaycanda Milli Qurtuluş Günüdür










