Sabah Milli Məclisin növbədənkənar sessiyası başlayır

Sabah, iyunun 12-də Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının ilk plenar iclası keçiriləcək. “Report”un xəbərinə görə, iclasın gündəliyinə 23 məsələ daxildir. Bunlar "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanununda, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət sirri haqqında”, “Sərhəd qoşunları haqqında”, “Dövlət sərhədi haqqında”, “Mülki müdafiə haqqında”, “Dövlət rüsumu haqqında”, “Qeyri Hökumət Təşkilatları, ictimai birliklər və fondlar haqqında”, “Siyasi partiyalar haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Təhsil haqqında”, “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında”, “Bədən tərbiyyəsi və idman haqqında” və s. qanunlara, o cümlədən Əmək, Vergi məcəllələrinə dəyişiklik layihələridir.
Deputatlar yeni hazırlanan “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” (I oxunuş), “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” (III oxunuş), "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" (II oxunuş), “Məşğulluq haqqında” (II oxunuş) qanun layihələrinə də baxacaqlar.
Bundan başqa, iclasda Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun layihəsi də müzakirə olunacaq.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












