Sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycan ərazisində sentyabrın 5-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-22, gündüz 28-32, Bakıda gecə 19-21, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək. Abşeron çimərliklərində sentyabrın 05-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Azərbaycanın rayonlarında sentyabrın 05-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 05-06-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - Sürücülərin NƏZƏRİNƏ - VİDEO
WUF13 ilə əlaqədar sərnişinlərə MÜRACİƏT
Bakının 18 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
AYNA-dan taksi sürücülərinə şad XƏBƏR - Bu qərar onlara aid deyil
Salyan–Şirvan yolundakı təhlükə aradan qaldırıldı - AAYDA-dan AÇIQLAMA - FOTO + VİDEO
Azərbaycanda bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək
İranda müharibə yenidən başlaya bilər – Politoloq səbəbini AÇIQLADI
Yanacaq bahalaşır, yollarda sürət aşağı düşür
Taksilərlə bağlı sərəncam imzalandı – Bu sürücülərin kartı ləğv edilir
Maşın yağları BAHALAŞDI - Ekspert "yenə bahalaşacaq" dedi
Hansı küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq? - Bakı WUF13-ə hazırlaşır










