Sabahdan ov mövsümü başlayır

Azərbaycanda sabahdan, mayın 26-dan ov mövsümü açıq elan olunur. Avtosfer.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə mətbuat konfransında deyib. Onun sözlərinə görə, mövsüm 2019-cu ilin mart ayının 16-na qədər davam edəcək: "Ovçuluğa şənbə və bazar günlərində icazə veriləcək. Ovçular ovçuluq təsərrüfatı sahələri və nazirliyin müəyyən etdiyi ərazilərdə ov edə bilərlər. Qanunvericilikdə xarici vətəndaşların da ov etməsinə icazə verilir. Ancaq xarici ovçu da qanunlara əməl etməlidir. Biz çalışacağıq ki, xarici vətəndaşlarla işləyən şirkətlər onların maariflənməsini təşkil etsinlər".
Direktor müavini qeyd edib ki, yerli və xarici vətəndaşlar üçün rüsum eynidir: "Xarici ovçular daha çox qaban ovu və çöl quşlarının ovuna üstünlük verirlər".
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












