Sabahın hava proqnozu

Oktyabrın 22-də respublika ərazisində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, hava Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-17°, gündüz 21-24° təşkil edəcək. Naxçıvan Muxtar Respublikasının bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 19-24° olacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 15-20° isti təşkil edəcək. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 20-25° isti olacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz hava şəraiti mövcud olacaq. Səhər ayrı-ayrı yerlərdə duman, çiskin gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 19-24° isti, dağlarda gecə 4-9°, gündüz 13-18° isti təşkil edəcək. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin günün birinci yarısında bəzi cənub rayonlarında yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 21-26° isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər dağlarda duman gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-15°, gündüz 21-24° isti, dağlarda gecə 7-12° isti, gündüz 16-21° isti təşkil edəcək.
Bakıda abidənin tikinti tarixi səhv verilib? - RƏSMİ AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakı gömrüyündə diqqətçəkən dəyişiklik: Çin avtomobilləri azalıb - VİDEO
İyuldan sentyabra qədər... çox isti olacaq – XƏBƏRDARLIQ
Bu yol 2 gün bağlı olacaq - Sürücülərin diqqətinə!
Yollarda vəziyyət pisləşəcək - XƏBƏRDARLIQ
Bakıda ictimai nəqliyyatda rəqəmsal ödəniş böhranı - Kartdan xəbərsiz pul silinir
Bakıya 7 aya yağan yağış iki gündə yağdı - ADSEA sədri - VİDEO
Bu şəxslər quru sərhədlərdən keçərək xaricə gedə bilərlər
İlham baba mənə “Kamaz” göndərdi - VİDEO
Çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO - VİDEO
Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - Sürücülərin NƏZƏRİNƏ - VİDEO








