Sabirabad sakini sinif yoldaşı və qohumunu qətlə yetirib - VİDEO

Sabirabad sakini 2 nəfər həmyerlisini bıçaqla qətlə yetirib. Avtosfer.az xəbər verir ki, səhər saat 11.00 radələrində 42 yaşlı Firqət Əliyev sinif yoldaşını və qohumunu bıçaqla qətlə yetirib. Əvvəlcə Saatlının Sarıcalar kəndində yerləşən dəmir yol stansiyasına gələrək orada mühafzəçi işləyən Sabirabad sakini, 42 yaşlı Kamran Yaqubovu , daha sonra isə Sabirabadda, pambıq emalı zavodunda mühafizəçi işləyən, 46 yaşlı Teymur Sadıqovu evlərinin qarşısında bıçaqlayaraq qətlə yetirib.
Qətli törətdikdən sonra Firqət Əliyev özü Sabirabad polisinə gedərək təslim olub. Meyitlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon mərkəzində müayinə olunduqdan sonra yaxınlarına təhvil verilib. Öldürülən şəxslər və qətli törədən şəxs qonşu olublar, onların qohumluq əlaqələri də var. Hadisənin hansı səbəbdən törədildiyi istintaq tərəfindən aydınlaşdırılır.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












