Sabirabadda həmyerlisini güllələyən şəxsin cəzası azaldılıb

Şirvan Apellyasiya Məhkəməsində həmyerlisini öldürməyə cəhddə təqsirləndirilən Vüqar Süleymanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, V.Süleymanovun apellyasiya şikayəti qismən təmin edilib. Belə ki, onun 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 11 il 9 aya endirilib.
İttiham aktına əsasən, hadisə 2017-ci ildə Sabirabad rayonunda baş verib. Rayon sakini V.Süleymanov tanışı Davud Fərəcovu tüfənglə güllələyib. Xəstəxanaya çatdırılan yaralının həyatını xials etmək mümkün olub.
Polis əməkdaşları tərəfindən saxlanılan A.Həsənlinin barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Hadisəyə səbəb isə D.FərəcovRusiya Federasiyasının Mahaçqala şəhərində həmyerlilərinin yanında V.Süleymanovbarəsində xoşagəlməz ifadələr işlədib. Bundan xəbər tutan V.Süleymanov D.Fərəcovdan qisas almaq məqsədi ilə onu tüfənglə vurub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi












