Sabunçu-Zabrat yolundakı işıqforların yaşıl fazasının vaxtı artırılıb - FOTO

Sabunçu-Zabrat yolunda nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri davam edir. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, bu işlər çərçivəsində vətəndaş müraciətləri nəzərə alınaraq, yol boyu işıqforların vaxt planlarında dəyişiklik edilib. Dəyişiklik edilən zaman yolda nəqliyyat axını təhlil edilib və əldə edilən nəticələrə əsasən, Sabunçu-Zabrat yolundakı işıqforların yaşıl fazasının vaxtı artırılıb. Məqsəd günün pik saatlarında yolda müşahidə edilən sıxlığın aradan qaldırılması, nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etməkdir. Hazırda Sabunçu-Zabrat yolunda piyada təhlükəsizliyinin artırılması məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri kompleks təhlillər aparır. Bir qədər əvvəl isə yolun Heydər Əliyev prospekti ilə kəsişməsində sıxlığın aradan qaldırılması və sərnişinlərin təhlükəsizliyinin artırılması məqsədi ilə avtobus dayanacaq məntəqələrinin də yeri dəyişdirilib.
Namiq
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO













