Sabunçuda narkotik bitki becərən şəxs saxlanılıb - FOTO

Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, polis bölməsinə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat nəticəsində paytaxt sakini olan Emil Qələndərov saxlanılıb. Onun Maştağa qəsəbəsində yerləşən bağ evinin həyətindəki istixanaya hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən 539 ədəd çətənə kolu və hazır qablaşdırılmış formada satış üçün nəzərdə tutulan 4 kiloqram 670 qram marixuana aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini bildirib. Faktla bağlı 14-cü Polis Bölməsində toplanan material araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinə göndərilib.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY

















