Saçı qırxılan gəli̇n: Fotodakı oğlanla intim əlaqəm olmayıb - VİDEO

ATV-də yayımlanan “Bizimləsən” verilişində əri tərəfindən saçları qırxılan gənc qadının həyatı yenidən müzakirə mövzusuna çevrilib. Avtosfer.az-ın oxu.az-a istinadən xəbər verir ki, telefonla verilişə qoşulan gəlin bildirib ki, qayınanasının danışdıqlarının hamısı yalandır. Onun sözlərinə görə, hazırda əllərinin üstündə yanıq və siqaret izləri var. “Onlar hətta mənim beş yaşlı qızıma bıçaq verdilər ki, get, anana vur”. Qadın daha sonra bildirib ki, anası yanına gələnə qədər ər evində onu vəhşicəsinə döyüblər. “Telefonumu əlimdən almışdılar, qaranlıq otaqda saxlayırdılar, heç kimlə əlaqə saxlamağa qoymurdular. Dəfələrlə mənə işgəncələr verilirdi, ancaq qızım olduğu üçün şans verirdim. Ərinin 1979-cu il təvəllüdlü, özünün isə 1994-cü il təvəllüdlü olduğunu bildirən qadın qeyd edib ki, 2013-cü ildə ailə həyatı qurub və yalnız bir il normal həyat yaşayıb. “2014-cü ildə qızım dünyaya gəlib. Ailədə dəfələrə münaqişə olurdu, ancaq mübahisələrin çoxu öz aralarında baş verirdi. Bu mübahisələrdən birindən sonra yoldaşımı, məni və qızımı evdən qovdular, bir gün ərimin xalasıgildə qaldım, qonşu idi. Gecə anama zəng elədim ki, gəlin, məni aparın. Anam aparanda 2015-ci ilin avqustun 20-də məni deportasiya etdilər. Bundan sonra mənim bu insanla heç bir əlaqəm olmadı. Rəsmi olmasa da, ayrıldıq”.
Aparıcı Zaurun “Saçını kim qırxıb?” sualına qadın belə cavab verib: “Saçımı qayınanam qırxdı. Əvvəl qayçı ilə saçımı kəsdi, sonra ülgüclə təmizlədi. Həmin vaxt mənə dərman vermişdilər. Müqavimət göstərə bilmirdim. Videoya da baxsanız, görərsiniz ki, əllərimlə nə isə eləmək istəyirəm, ancaq bacarmıram”. “Qayınanam məni heç kimlə tutmayıb. Şəkildəki oğlanla intim əlaqədə olmamışam. Həmin oğlanla indiki həyat yoldaşımdan əvvəl münasibətdə olmuşam. Fotolar telefonumun yaddaşında qalmışdı. Əgər bu xəyanət idisə, məni boşaya bilərdilər, heç kimin mənə zorakılıq etməyə ixtiyarı yoxdur”, - deyə o bildirib.
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO












