ŞAD XƏBƏR: Maaşdan gəlir vergisi çıxılmayacaq - VİDEO

Növbəti ildən vergi sistemində ciddi dəyişikliklər olacaq. Əsas məsələ qeyri-neft sektorunda işləyən vətəndaşların maaşlarından tutulan gəlir vergisinin ləğv edilərək sosial ödənişlərin artırılması ilə bağlıdır. İqtisadçılar deyir ki, yeni qaydalar pensiya və əmək haqqlarının artmasına səbəb ola bilər. Gələn ildən etibarən ayliq gəliri 8 min manatadək olanlar üçün gəlir vergisində 100 faiz, 8 min manatdan yüksək olanlar üçün isə 44 faiz güzəşt tətbiq ediləcək. Bu o deməkdir ki, 8 min manatadək əmək haqqi alanlar, yəni isləyən vətəndaşlarin böyük əksəriyyəti gəlir vergisi ödəməyəcək. İşəgötürənlərin ödədikləri 25 faizlik sosial ödənişin işçi ilə işəgötürən arasında bölüşdürülməsi təklif edilir. İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, sosial ödənislərin məbləğinin 10,5 faiz olacağı təxmin edilir. Vüqar Bayramovun sözlərinə görə vətəndaşların ödədikləri verginin həcmi azalmaqla yanaşı strukturunda dəyişikilk ecdiləcək. Sosial ödənişin çəkisi 3 faizdən 10 faizə qalxacaq. İqtisadçının sözlərinə görə yeni qərar dəyişikliklər əmək münasibətlərinin leqallaşdırılmasına imkan verəcək və "qara mühasibatlığı xeyli dərəcədə azaldacaq.
WUF13 tədbirlərinin keçirilməsində məqsəd nədir? – RƏSMİ AÇIQLAMA - FOTO
Afrika qitəsi son illərdəki iqlim dəyişikliklərinə daha çox məruz qalır – XARİCİ TURİST - FOTO
Dizel və benzin yanacağı ilə bağlı MƏLUMAT VERİLDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Bakı-Moskva qatarı bərpa olunacaq? - AÇIQLAMA
Bakı–Tbilisi qatarında bilet qiymətlərinə hansı tərəf qərar verir? - Ekspert AÇIQLADI
Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət CƏDVƏLİ AÇIQLANIB
Ermənistan-Azərbaycan sərhədi nə vaxt açılacaq? - Vaxt bəlli oldu
WUF13-də QHT-lər qarşısında yeni məqsədləri müəyyənləşdirəcək – İB sədri - FOTO
Əsas magistral yollardan biri təmir olundu - SÜRÜCÜLƏRƏ ŞAD XƏBƏR - FOTO
Beynəlxalq forum QHT-lər arasında əməkdaşlığın gücləndirəcək – AQİL CAMAL - FOTO










