Şadlıq evinin administratoru xadiməni zorladı - Bakıda

Bakıda şadlıq evinin administratoru xadiməni zorlayıb. Hadisə paytaxtın Binəqədi rayonu ərazisindəki məşhur şadlıq evlərindən birində baş verib. Avtosfer.az xəbər verir ki, bununla bağlı “Sputnik Azərbaycan” Binəqədi rayonu hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb. Məlumatlara görə, sentyabrın 18-də rayonun 5-ci polis bölməsinə 40 yaşlı paytaxt sakini (etik səbəblərə görə adını açıqlamırıq) müraciət edib. Qadın deyib ki, uşaqlarını saxlamaq üçün Süleyman Sani Axundov küçəsində yerləşən şadlıq saraylarından birində xadimə işləyib. Onun sözlərinə görə, tez-tez toy mərasiminin sonunadək işini bitirmək üçün gec saatlara kimi işdə qalıb. Zərərçəkmiş deyib ki, sentyabrın 17-dən 18-ə keçən gecə şadlıq evinin administratoru onu zorlayıb. Hazırda faktla bağlı materialların rayon prokurorluğuna verilməsi üçün işlər aparılır. Hələlik saxlanılan yoxdur. Xatırladaq ki, bu, son ayda Bakıda yeddinci zorlama faktıdır.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












