Şagirdlərə qarşı əxlaqsız hərəkətlər edən şəxs tutuldu - FOTO

Bakıda məktəblərin həyətində şagirdlərə qarşı əxlaqsız hərəkət və təkliflər edən şəxs tutulub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə 211 nömrəli tam orta məktəbin ərazisində qeydə alınıb. Belə ki, sentyabrın 25-i saat 08:00 radələrində “Məktəblinin dostu” layihəsinin fəaliyyət göstərdiyi 211 nömrəli tam orta məktəbin şagirdləri onlara qarşı əxlaqsız hərəkət və təkliflər edən orta yaşlı kişi barəsində məktəblinin dostlarına xəbər veriblər. Həmin şəxsin video görüntüləri məktəbin təhlükəsizlik kameralarında da qeydə alınıb. Daha sonra eyni şəxs saat 9:30 radələrində 9 nömrəli tam orta məktəbin həyətində görünüb. “Məktəblinin dostu” layihəsinin əməkdaşları dərhal məktəb ərazisində olan şəxs barəsində polisə məlumat verilib. Əraziyə gələn polis əməkdaşları sözügedən şəxsi saxlayaraq polis bölməsinə aparıblar. Eyni zamanda, məktəblinin dostları foto və video görüntüləri polis əməkdaşlarına təqdim ediblər. Qeyd olunan ərazidə narahatlıq yaradan şəxsin müəyyən edilməsinə görə valideynlər və şagirdlər məktəblinin dostlarına təşəkkürlərini bildiriblər.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












