Sağlam gənclik sağlam gələcək deməkdir – Polis rəisi - FOTOLAR

Masallı Rayon Polis Şöbəsinin təşkilarçılığı ilə Masallı Dövlət Regional Kollecində “Müasir Azərbaycan gəncliyini narkomaniyadan qoruyaq” və “Erkən nikaha yox deyək” mövzularında tədbir təşkil olunub. Tədbirdə Masallı RPŞ-nin rəisi, polis polkovniki Habil Əmiraslanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı Dövlət Regional Kollecinin müdiri Vidadi Nəzərov, pedoqoqlar, ictimaiyyət nümayəndələri və tələbələr iştirak ediblər. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, çıxış edən RPŞ-nin rəisi H.Əmiraslanov əsrin və bəşəriyyətin ən ağrılı problemlərindən sayılan narkomaniya və onun çoxsaylı fəsadları barədə tədbir iştirakçılarına məlumat verib. Qeyd edib ki, narkomaniya əleyhinə aparılan tədbirlər hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzindədir və bu istiqamətdə davamlı işlər həyata keçirilir. Prezident İlham Əliyevin Sərəncamına əsasən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın qəbul edilməsi bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış mühüm addımdır. Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı sərt tədbirlər görməklə yanaşı, həm də gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirir.
Natiq eyni zamanda erkən nikaha daxilolma məsələsinə də toxunub və bu kimi neqativ hallara qarşı təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra edilən çıxışlarda da erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu bir daha diqqətə çatdırılıb. Bu istiqamətdə görülən maarifləndirmə tədbirlərinin əhəmiyyəti qeyd edilib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Məhəmməd Rzayev,
polis leytenantı
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA
Bakıdakı bu bina niyə tarixi abidə siyahısından çıxarılıb? – FOTO
Bu küçədə nə zibil yığışdırılır, nə də ağaclar budanır - ŞİKAYƏT – VİDEO
Şuşada beynəlxalq konfrans keçirildi - FOTOLAR
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Bakının 6 rayonunda yollar təmir olunacaq - SİYAHI













