"Sahil" stansiyasında təhlükəsizlik artıq yüksək səviyyədə təmin olunacaq

Metronun "Sahil" stansiyasının təmirə bağlanmasının əsas səbəbi eskalatorların dəyişdirilməsi zərurəti idi. Trend-in məlumatına görə, bunu "Bakı Metropoliteni" ASC-nin sədrinin müavini Hidayət Məmmədov “Sahil” stansiyasının əsaslı təmirdən sonra istifadəyə verilməsi ilə bağlı tədbirdə deyib. Sədr müavini bildirib ki, 1967-ci il noyabrın 6-da Bakı Metropoliteninin istifadəyə verilən ilk 5 stansiyasından biri olan "Sahil" stansiyasının eskalatorları 50 illik istismar müddətini başa vurmuşdu:
"Bunun üçün bir giriş-çıxışı olan stansiyanın bağlanması və sərnişindaşıma prosesindən təcrid olunması qaçılmaz idi. Təmir müddətində stansiyada quraşdırılmış "LT-3" tipli 3 eskalator sökülərək, yerində Almaniyanın "ThyssenKrupp Fahrtreppe" şirkətinin istehsalı olan "Viktoriya" tipli 4 eskalator quraşdırılıb. Eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiya əsaslı təmir olunub. Bu işlər çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənib. Eyni zamanda, bir problem yaranarsa, sərnişinlərin təxliyəsində də eskalatorların çoxluğu köməklik göstərəcək".
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB












