Şahin quşunu ovlayan şəxslər saxlanılıb - Şabranda

5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Şabran rayonu ərazisində, Xəzər dənizinin sahil zolağında adı “Qırmızı kitab”a düşmüş Şahin quşunu ovlayan 3 şəxsi saxlayıb. Bu barədə Avtosfer.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Onlardan Şahin quşunun tutulması üçün istifadə edilən ov alətləri, 4 göyərçin quşu və 1 qanadı zədələnmiş Şahin quşu götürülüb. Ov edən şəxslərin İraq Respublikasının vətəndaşı Taha Vasmi Zaidan Sumaida və 2 nəfər Azərbaycan Respublikasının vətəndaşları olduğu müəyyən edilib. Faktla bağlı Taha Vasmi Zaidan Sumaida barəsində protokol tərtib edilərək ona inzibati qaydada 3100 manat məbləğində cərimə və ziyan tətbiq olunub. Digər 2 nəfər Azərbaycan vətəndaşı isə sənəd təqdim etmədiklərinə görə, şəxsiyyətlərinin müəyyənləşdirilməsi və məsulliyyətə cəlb edilmələri üçün rayon polis şöbəsinə müraciət olunub. Qanadı zədələnmiş Şahin quşu reabilitasiya keçməsi üçün Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib, göyərçin quşları isə təbiətə buraxılıb.
Namiq
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












