Sakinlərə hədə-qorxu gələn gənclərin ibtidai istintaqı başa çatıb

Sumqayıtda sakinləri ölümlə hədələyərək onlardan pul tələb etməkdə təqsirləndirilən 2000-ci il təvəlüdlü Nicat Rzazadə, 2001-ci il təvəllüdlülər Sənan Rüstəmov və Kamran Alıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, gənclər barəsində cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi Əhməd Quliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 13-nə təyin edilib. Qeyd edək ki, adları keçən şəxslər özləri "kriminal aləm"in üzvləri kimi apararaq əvvəldən tanıdıqları Sumqayıt şəhər sakinləri Çinarə Əliyeva, Ziyad Həsənov, Elmin Miriyev, Məhəmməd Həsənzadə və Rüstəm Əhmədovu döyməklə, öldürməklə və yandırmaqla hədə-qorxu gələrək pul tələb ediblər. Onlar həmçinin bir neçə şəxsin mobil telefonunu da alaraq qaytarmayıblar. Zərərçəkənlərin şikayəti əsasında hər üç şəxs saxlanılıb.
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi












