“Salyan kazarması” yenə zibil bazasına çevrilib - FOTO

Yasamal rayonunda yerləşən dövlət əhəmiyyətli ərazi zibilxanaya çevrilib.
Avtosfer.az xəbər verir ki, rayonun Şəfayət Mehdiyev küçəsində yerləşən və əhali arasında “Salyan kazarması” kimi tanınan ərazi yenidən zibil poliqonuna çevrilməkdədir.
İki il əvvəl burada hər səhər müxtəlif tullantıların maşınlarla daşınması, ətrafda üfunət qoxusunun yaranması və antisanitar vəziyyətin formalaşması ilə bağlı məlumat vermişdik. Həmin vaxt məsələ ictimailəşdirildikdən sonra ərazidə təmizlik işləri görülmüş, tullantıların gətirilməsinin qarşısı alınmışdı.
Lakin son günlər Avtosfer.az-a daxil olan məlumatlara görə, ərazi yenidən nəzarətsiz vəziyyətə düşüb. Sakinlər bildirirlər ki, səhər saatlarından başlayaraq buraya müxtəlif növ məişət və tikinti tullantıları daşıyan avtomobillər daxil olur, tullantılar açıq şəkildə əraziyə tökülür və nəticədə yenidən antisanitar mühit yaranır.
Üfunətin artdığı, həşərat və gəmirici probleminin gücləndiyi deyilir. Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlardan tədbir görülməsini, ərazinin daimi nəzarətə götürülməsini və qanunsuz tullantı daşımalarının tam şəkildə qarşısının alınmasını tələb edirlər.
Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinə sorğu göndərdik və qurumdan cavab olaraq bildirildi ki, icra hakimiyyətinin həmin bazaya daxil olmaq səlahiyyəti belə yoxdur.
Eltac

Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












