Salyan sakini içərisində xeyli miqdarda pul olan pulqabını itirib - VİDEO

Salyan sakini içərisində ümumilikdə 3200 manat dəyərində Azərbaycan manatı, dollar və rubl olan pul kisəsini itirib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Salyan şəhərində 1995-ci il təvəllüdlü yerli sakin Əsgərov Vüsal Arif oğlu marketdən çıxarkən baş verib. O bildirib ki, gecə saatlarında alış-veriş üçün marketə gedib, bu zaman üzərində pul çox olduğundan, onun yarısını maşının qapısında yerləşən boşluğa qoyub. Geri qayıdıb qapını açdıqda isə, pulqabı yerə düşüb. O, pulqabının yerə düşdüyünü ərazidən uzaqlaşdıqdan bir qədər sonra, aptekə daxil olan zaman bilib. Lakin geri qayıtdıqda artıq gec olub. Marketin müşahidə kameralarının qeydə aldığı görüntülər vasitəsi ilə yerə düşən pulqabını əraziyə gələn ağ rəngli "Mercedes" markalı avtomobilin içindəki şəxslərin götürdüyü müəyyənləşib. Pulqabının içərisində A.Əsgərova məxsus bir neçə şəxsi sənəd də olub. Hadisə ilə bağlı Salyan rayon Polis şöbəsinə məlumat verilib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












