Salyanda qadın xalatı ilə silsilə oğurluqlar edən şəxs tutuldu - FOTO

Salyan şəhərində silsilə oğurluq edən rayon sakini saxlanılıb. Təbriz Xəlilbəyli küçəsi, ev 44-də qeydiyyatda olan və rayonun Arbatan kəndində yaşayan 1996-cı il təvəllüdlü Həsənov Əliağa Rövşən oğlu şəhər sakini Tağıyev Mahmud Alıkişi oğlunun həyətindən 200 manat dəyərində 1 baş xırdabuynuzlu heyvan oğurlayan zaman polis tərəfindən şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib. İlkin dindirilmə zamanı məlum olub ki, Ə.Həsənov bu il yanvarın 7-də Arbatan kənd sakini İmanov Vüqar İlqar oğlunun həyətindən dəyəri 350 manat olan “Volf” markalı velosiped, fevralın 7-də Arbatan kənd sakini Feyzullayev Feyzulla Səmədağa oğluna məxsus 350 manat dəyərində 1 baş qoç, martın 16-da isə yenə Arbatan kənd sakini, Hüseynov Rafael İman oğluna məxsus, hər birinin dəyəri 140 manat olan 3 baş xırdabynuzlu heyvan oğurladığı məlum olub. Ə.Həsənov oğurluq etdiyi zaman qadın xalatından və gözünün rəngini dəyişmək üçün yaşıl linzadan istifadə edib.
Faktla bağlı Salyan rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
“Report”
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












