Salyanda rəisi şantaj edib külli miqdarda pul alan iş adamı həbs olundu

Səbail Rayon Məhkəməsində Daxili İşlər Nazirıiyi Baş İstintaq və Təhqiqat İdarəsinin təqdimatı əsasında Salyan rayon sakini, iş adamı, hədə-qorxu ilə pul tələb etməkdə və dələduzluqda şübhəli bilinən Cabbarov Elşən Mürsəl oğlu barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib və o,1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. Avtosfer.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, Elşən Cabbarov Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovu intim görüntüləri ilə şantaj edərək külli miqdarda pul tələb etməkdə ittiham olunur. Elşən Cabbarov Bulat Ağabəyovun “hərəkətlərini” gizli kamera ilə lentə alaraq onu yayıb biabır etməmək müqabilində bir ilə yaxın müddətdə ondan hər ay 7 min manat pul almaqda şübhəli bilinir. Eyni zamanda E.Cabbarov onu ifşa etməmək müqabilində B.Ağabəyovla 60 min manat, B.Ağabəyovun göstərişi ilə sürücüsü Azərlə isə 50 min manat məbləğində borc müqaviləsini öz xeyrinə notarial qaydada təsdiq etdirib. Beləliklə, Elşən Cabbarov Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə (182.3.2) və dələduzluq (178.3.2) maddələri ilə ağır cinayət törətməkdə ittiham olunur. Bundan başqa, E.Cabbarovun Salyan rayonu, Bəydili kənd sakini Vüqar Gülüşova qarşı da 220 min manata yaxın dələduzluq törətməkdə şübhəli bilindiyi deyilir. Qeyd edək ki, Elşən Cabbarov Salyan rayonunda ən imkanlı ticarətçilərdən sayılırdı.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












