Şamaxı Astrofizika Rəsədxanasına giriş bir həftə pulsuz olacaq

Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) bir həftəlik “açıq qapı” günü elan edib. Avtosfer.az xəbər verir ki, rəsədxanadan bildirilib ki, oktyabr ayının 4-10-da rəsədxanaya giriş pulsuz olacaq. Hər il 90-dan çox ölkədə Ümumdünya Kosmos Həftəsi layihəsi çərçivəsində müxtəlif tədbirlər keçirilir. Azərbaycan bu beynəlxalq layihəyə 2015-ci ildən qoşulub və hər il bir həftə boyunca ölkədə astronomiya və kosmos elminin təbliğinə dair tədbirlər keçirilir. Bu tədbirlərə Şamaxı Astrofizika Rəsədxanasında və Tusi-Bohm Planetariumda açıq qapı günləri, film təqdimarları, tanınmış astronomlarla görüşlər və s. daxildir. Xatırladaq ki, 1957-ci il oktyabrın 4-də Yerin ilk süni peykinin (“Sputnik-1”) orbitə çıxarılması, habelə dövlətlərin kosmik fəzanın, o cümlədən Ay və digər səma cisimlərinin öyrənilməsi və onlardan istifadə edilməsi üzrə fəaliyyət prinsipləri haqqında 10 oktyabr 1967-ci il tarixli müqavilənin qüvvəyə minməsi ilə əlaqədar olaraq, BMT Baş Məclisi 1999-cu il dekabrın 6-da Ümumdünya Kosmos Həftəsinin təsis olunması haqqında qərar qəbul edib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












