Şamaxı-Pirqulu-Dəmirçi yolunda bərpa işləri yaxın günlərdə yekunlaşacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yolunun sürüşmə nəticəsində dağılmış hissələrində bərpa işlərinə başlayıb.
Bunu "Report"a qurumun mətbuat xidmətinin Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, işlər yaxın günlərdə yekunlaşacaq: "Elə də böyük ərazi deyil".
Bundan başqa, A.Nəcəfli qeyd edib ki, Bakının Heydər Əliyev prospektində aparılan təmir işləri yekunlaşmaq üzrədir: "Böyük Şor Yol qovşağından Koroğlu qovşağına qədər olan hissədə işlər demək olar yekunlaşır. Orada işlər bu gün və yaxud sabah yekunlaşdıqdan sonra Heydər Əliyev prospektinin digər istiqaməti üzrə təmir işlərinə başlanacaq".
O, həmçinin keçidlərin tikilməsi ilə bağlı danışıb: "Keçidlərin tikintisi ilə bağlı layihələr artıq hazırdır. Maliyyə vəsaiti ayırılan kimi işə başlanılacaq".
Xatırladaq ki, Heydər Əliyev proespektində 23-cü polis bölməsi istiqamatində keçid inşa ediləcək. Həmçinin, Yusif Səfərov küçəsində də problemlər yaşanır, yerüstü piyada keçidinin inşası nəzərdə tutulur. Mərdəkan-Buzovna yolunda da keçidin inşası planlaşdırılır.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












