Şamaxıda 4 tələbə qəzaya düşdü

Şamaxıda minik avtomobilinin qəzaya uğraması 4 tələbənin xəsarət alması ilə nəticələnib. Avtosfer.az xəbər verir ki, hadisə rayonun Məlhəm kəndi ərazisində baş verib. "VAZ 21014" markalı minik avtomobili hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil Məlhəm kəndinin girişində məlumat lövhəsinə çırpılıb.
Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Quliyev Elmar Eldəniz oğlu və həmyaşıdları - Alışov Famil Fuad oğlu, Mustafayeva Pakizə Ədalət qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Minik avtomobilində olan Şitayeva Tavat Mehman qızı isə daha ağır xəsarət alıb, koma vəziyyətindədir.
Xəsarət alanları Şamaxı rayonundakı ali təhsil müəssisələrinin birinin tələbələri olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












