Şamaxıda sürüşmə ailələri evsiz qoydu – VİDEO

Maşın gələ bilmir, piyada keçə bilmirik qapımıza. Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, Şamaxının Quşçu kəndində sürüşmə yenidən aktivləşib. Səbəb isə son günlər müşahidə edilən intensiv yağışlardır. Torpaq sürüşməsi nəticəsində kənd sakinlərinə məxsus evlərə və yardımçı tikililərə ziyan dəyib. Evlərin divarında, tavanında xırda çatlar genişlənərək yaşayış üçün təhlükə yaradıb. Sürüşmə zamanı kənd sakinlərinin həyətyanı sahələrinin hasarları, meyvə ağacları yararsız vəziyyətə düşüb. Sakinlərin sözlərinə görə, yağışdan sonra aktivləşən torpaq kütləsi yolları yararsız hala salıb. Nəticədə, bəzi evlərə gedən avtomobil yolları tamamilə bağlanıb. Qeyd edək ki, sürüşmə səbəbindən Quşçu kəndində 15-ə yaxın evin divarında iri və xırda çatlar əmələ gəlib. Bəzi sakinlərə məxsus yaşayış evi sürüşmə nəticəsində tamamilə qəzalı vəziyyətə düşüb.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










