Samuxda həmyerlisini öldürən şəxsin ibtidai istintaqı başa çatıb
Gündəm
21 Noyabr 2018 10:02

Məhkəmənin hazırlıq iclası dekabrın 3-nə təyin edilib
Samux rayonunda qətl törətməkdə təqsirləndirilən Rəşad Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 3-nə təyin edilib. Qeyd edək ki, qətl hadisəsi bu il iyunun 15-də Samux rayonunun Ağasıbəyli kəndində baş verib. Belə ki, 1988-ci il təvəllüdlü Rəşad Məhərrəmov həmyerlisi 1966-cı il təvəllüdlü Əhmədov İntiqam İmamverdi oğlu ilə birgə kafedə yemək yeyəndən sonra onu bıçaqlayaraq qətlə yetirib. Daha sonra R.Məhərrəmov saxlanılıb.
Oxunub : 803
DİGƏR XƏBƏRLƏR
20 Oktyabr 2026 08:49
Bu yollarda tıxac var - SİYAHI
19 Oktyabr 2026 21:15
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
19 Oktyabr 2026 17:00
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
19 Oktyabr 2026 16:16
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
19 Oktyabr 2026 13:18
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
19 Oktyabr 2026 12:30
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
19 Oktyabr 2026 10:30
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
19 Oktyabr 2026 09:24
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
19 Oktyabr 2026 08:34
Bu yollarda tıxac VAR - SİYAHI
18 Oktyabr 2026 13:46
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
18 Oktyabr 2026 12:44
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
18 Oktyabr 2026 09:17
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
ŞƏRH YAZ












