Samuxun sərhəd bölgəsində baş vermiş yanğın söndürülüb

İyulun 7-də axşam saatlarında Samux rayonunun Burunqovaq kəndi yaxınlığından axan Alazan çayının sağ sahilindəki qamışlıq olan geniş və keçilməz (bataqlıq) ərazidə yanğın baş verib. Axşam saatlarında başlayan güclü külək tez bir zamanda yanğının genişlənməsinə səbəb olub.
Avtosfer.az xəbər verir ki, Samux Rayon İcra Hakimiyyətinin müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Tahir Qarayev Azərtac-ın bölgə müxbirinə bildirib ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yanğının söndürülməsi işlərinə cəlb olunub. Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri və aidiyyəti qurumlar da yanğının baş verdiyi ərazidə olublar. Bir istiqamətdə yanğının qarşısı alınıb.
Yanan sahənin bir hissəsinin bataqlıq olması səbəbindən yanğınsöndürənlərin və texnikanın əraziyə yaxınlaşması mümkün olmayıb. Bunun üçün Samux rayon Suvarma Sistemlərinin maşın mexanizmləri – traktor və ekskavatorları əraziyə cəlb edilib.
Yanğının baş verdiyi ərazi sərhəd bölgəsi olduğundan Dövlət Sərhəd Xidməti canlı qüvvə ilə kömək göstərib. Həmçinin yanğının söndürülməsində Burunqovaq kəndinin 20 nəfər sakini də yaxından iştirak edib.
Yanğının yaxınlıqdakı meşə zolağına keçmə təhlükəsi nəzərə alınaraq iyulun 8-də səhər saatlarından başlayaraq Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi və "Mi-17" yanğınsöndürmə helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb












