Santa-Klausun olmadığını dedi: həbs olundu

ABŞ-ın Texas ştatında uşaqlara Santa-Klausun əslində mövcud olmadığını deyən dini fanat həbs olunub. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu haqda “NBCDWF.com” məlumat yayıb. Aaron Urbanski adlı həmin şəxs və daha iki fəal Klibern şəhərində “Santa ilə səhər yeməyi” adlı tədbirinin keçirildiyi Sent Mark metodik kilsənin qarşısına toplaşıb. Onlar tədbirə gələn uşaqlara yaxınlaşaraq, Santa-Klausun qondarma olduğunu, əksinə, İsa Məsihin real insan olduğunu söyləyiblər. Polisdən bildiriblər ki, kilsə rəhbərliyi bir neçə dəfə onların ərazidən uzaqlaşmasını tələb edib. Digər iki fəal göstərişə əməl etsə də, Urbanski inad göstərib və təbliğatı davam etdirib. Analardan birinin sözlərinə əsasən, həmin şəxslər onların qarşısını kəsərək “Siz necə valideynsiniz ki, uşaqlarınıza Santa-Klausa inanmağa qoyursunuz, onlar heç olmasa, İsanın kim olduğunu bilirlər?”, - deyə məzəmmət dolu suallar yağdırıblar. Qadınların buna etirazından sonra o daha da hiddətlənərək, Santa-Klausun mövcud olmadığını car çəkməyə başlayıb. Həbs olunan dini fanata hansı cəzanın veriləcəyi məlum deyil.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










