Sarı torun çəkilməsinin məqsədi nədir? - Sürücülərin diqqətinə

Bakı şəhərində Əhməd Rəcəbli və Ziya Bünyadov prospektlərinin kəsişməsində tıxacların qarşısını almaq üçün sarı kəsişmə tor xətti çəkilib. Qanunvericiliyə əsasən, sürücülər tıxac yaranmış yolayrıcıya daxil olaraq digər nəqliyyat vasitələrinin hərəkətinə mane ola bilməzlər. Bu qaydanı pozanlar 100 manat cərimə və 3 cərimə balı ilə məsuliyyətə cəlb olunur.
Sarı kəsişmə tor xəttinin çəkilməsinin əsas məqsədi nədir və bu nişanlanma Bakıda nəqliyyatın axıcılığına necə təsir göstərə bilər? Bu cür nişanlanmalar tıxacların azaldılmasına real təsir edə bilərmi, yoxsa əlavə mexanizmlərə də ehtiyac var?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı qeyd etdi ki, sarı torların çəkilməsinin əsas məqsədi sürücüləri məlumatlandırmaqdır:

"Bu işarə göstərir ki, artıq yol ayrıcına daxil olursan və əgər qarşıda nəqliyyat vasitələri dayanıbsa, irəliləmək olmaz. Eyni zamanda sarı tor yol ayrıcının sərhədlərini müəyyənləşdirir ki, sürücü onun harada başladığını və harada bitdiyini dəqiq bilsin. Bu, sürücülərin yol ayrıcı barədə daha aydın təsəvvür formalaşdırmasına xidmət edir. Sarı tor olmayanda sürücü yol ayrıcının dəqiq sərhədini təxminən müəyyən edir: hara qədər gedə bilər, harada dayanmalıdır. Sarı tor isə bunu tam şəkildə aydınlaşdırır və nəticədə yol hərəkəti qaydalarına əməl edən sürücülər bu qaydanı pozmurlar. Lakin bəzi yerlərdə sarı tor çəkilsə də, qayda pozuntuları müşahidə olunur. Yol ayrıcını keçmə qaydalarının pozulması kəsişmələrdə süni tıxac yaradır. Məhz həmin qayda pozan sürücülər bu sıxlığa səbəb olurlar. Sarı torun çəkilməsinin məqsədi isə məhz bu ərazinin daimi şəkildə boş qalmasını təmin etməkdir", - deyə mütəxəssis qeyd etdi.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











