Sarkisyan "Qara qala"nı satıbmış - Dəhşətli faktlar

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanla bağlı yeni ittihamlar gündəmə gəlib. Avtosfer.az "Musavat.com"a istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Gümrüdə yerləşən və respublika əhəmiyyətli tarix-mədəniyyət abidəsi sayılan “Qara qala”nın (“Sev Berd”) satışı ilə bağlı 6 il davam edən istintaq başa çatıb.
Bildirilib ki, hökumətin 6 iyun 1995-ci il tarixli qərarı ilə “Sev Berd” qalası Müdafiə Nazirliyinin balansına verilmişdi. Lakin 10 il sonra, Serj Sarkisyanın müdafiə naziri olduğu dövrdə tikili 22 milyon 951 min 500 dram qarşılığında fiziki şəxsə özgəninkiləşdirilib.
Cinayət işi üzrə Gümrünün keçmiş meri Samvel Balasanyan və onun oğlu Xaçatur Balasanyan da təqsirləndirilən şəxslər sırasındadır.
Xatırladılıb ki, 626,45 kvadratmetr sahəsi olan qala və ona aid 0,7 hektar torpaq sahəsi respublika əhəmiyyətli tarix və mədəniyyət abidəsi statusuna malikdir.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












