"Saudi Arabian Airlines" Toronto ilə hava əlaqəsini dayandırıb

Səudiyyə Ərəbistanının "Saudi Arabian Airlines" aviaşirkəti Torontodan həyata keçirilən uçuşları dayandırdığını bəyan edib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi "Twitter" səhifəsində yerləşdirilib. "Torontoya reyslər üzrə bronlaşdırılmanın dərhal ləğv olunduğunu və avqustun 13-dən başlayaraq Torontodan bütün uçuşların dayandırılacağını elan edirik", - deyə məlumatda bildirilir. Bu qərar iki ölkə arasında qızışmaqda olan münaqişə fonunda qəbul olunub. Səudiyyə Ərəbistanı və Kanada arasında münasibətlər Ottavanın Krallıqda saxlanılmış mülki fəalların azad olunmasına çağırış etməsindən sonra gərginləşib. Avqustun 3-də Kanada XİN-i Krallıqda mülki fəalların saxlanılması ilə bağlı narahatlığını ifadə edib və Səudiyyə Ərəbistanını onları dərhal azad etməyə çağırıb. Krallıq XİN-i Kanadanın mövqeyini Səudiyyənin daxili işlərinə müdaxilə etmək və beynəlxalq hüququn əsaslarına zidd addım kimi qiymətləndirib, ardınca isə məsləhətləşmək üçün Ottavadakı səfirini geri çağırıb və Kanadanın Ər-Riyaddakı diplomatını geri göndərib. Səudiyyə Ərəbistanı həmçinin Kanada ilə bütün yeni ticarət və investisiya tranzaksiyalarının dondurulduğunu bəyan edib və bununla bağlı gələcək addımların atılması hüququnu özündə saxlayıb.
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO










