Saxta 50 və 100 manatlıq götürülüb

Sabirabad rayon sakinindən saxta pul götürülüb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, sentyabrın 22-də Sabirabad rayon Polis şöbəsinə müraciət edən şəhər sakini İ.Əkbərov həmin gün mağazasına gəlmiş yeniyetmənin ona 100 manatlıq əskinas verərək tütün məmulatı aldığını bildirib. Sonradan saxta olduğunu aşkar etdiyindən mağazanın sahibi həmin pulu polisə təqdim edib. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla yeniyetməyə həmin pulu iki həmyerlisinin verdiyi, sonuncuların isə qeyd edilən əskinası Rəşad adlı şəxsdən aldıqları müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Rəşad Xəlilzadə saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun əlavə olaraq 18 ədəd 100 manatlıq, 22 ədəd 50 manatlıq saxta əskinaslar hazırladığı da müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 204-cü (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












