Saxta dollar hazırlayan Belçika vətəndaşı cəzadan vaxtından əvvəl azad olunmasını istəyir

Bakıda külli miqdarda saxta pul kəsməkdə təqsirləndirilən Kamerun əsilli Belçika vətəndaşı Maput Louis Martial yenidən məhkəməyə müraciət edib. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, məhkum Suraxanı Rayon Məhkəməsinə müraciət edərək cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasını istəyir. Məhkəmə onun müraciətini təmin etməyib. Daha sonra Maput Louis Martial apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində Kamerun əsilli Belçika vətəndaşının ilkin baxış iclası keçirilib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası dekabrın 5-nə təyin edilib. Qeyd edək ki, 2015-ci ilin aprel ayında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında Kamerunda anadan olmuş Belçika vətəndaşları - Maput Louis Martial və Hongla Samuel 10 min saxta ABŞ dollarını 5 min ABŞ dollarına satarkən saxlanılıblar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maput Martial və Hongla Samuel 10 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında" sərəncamına əsasən, Hongla Samuel azadlığa buraxılıb.
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ












