Saxta sənədlərlə Azərbaycana keçmək istəyən 5 əcnəbi saxlanılıb - FOTO

Son günlərdə dövlət sərhədindən buraxılış məntəqələrində 5 şəxsin saxta sənədlərlə keçməsinin qarşısı alınıb. Bu barədə Avtosfer.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Belə ki, Moskva-Bakı reysi ilə uçub gələn Pakistan vətəndaşı, 1989-cu il təvəllüdlü Anwar Johnynin Böyük Britaniyaya məxsus pasportun qismən saxta olması, Bakı-İstanbul reysi ilə uçub gedən Pakistan vətəndaşı, 1984-cü il təvəllüdlü İmran Saqibin İsveçə məxsus İD kartının tam saxta olması müəyyən olunub, Moskva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı, 1993-cü il təvəllüdlü Zubaydiva Ziyodanın pasportunda tarix-ştampların, Erbil-Bakı reysi ilə uçub gələn Böyük Britaniya vətəndaşı 1984-cü il təvəllüdlü Swar Solav Moohammed Aminin isə pasportunun saxta olması müəyyən edilib. Araşdırma zamanı üzərindən ona məxsus İraq vətəndaşı, 1982-ci il təvəllüdlü Qahriya Sulaiman Husseinin adına olan pasport aşkar olunub, Dubay-Bakı reysi ilə uçub gələn Hindistan vətəndaşı 1992-ci il təvəllüdlü Chaudhari Ravindrakumar Joitabhainin Azərbaycana elektron vizasının saxta olması aşkarlanıb. Saxlanılan şəxslər barəsində müvafiq tədbirlər görülüb.
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi























