Saxta sənədlərlə sərhəddi keçmək istəyən şəxslər saxlanılıb

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir. DSX-dən Avtosfer.az-a verilən məlumata görə, DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində son günlərdə 4 İİR vətəndaşının saxta sənədlərlə Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb. Belə ki, 21 noyabr 2018-ci il tarixdə “Tehran-Bakı” aviareysi ilə ölkəmizə uçub gələn İran İslam Respublikası vətəndaşları 1969-cu il təvəllüdlü Abdikord Əli Qulamrıza, 1978-ci il təvəllüdlü Ebrahimniaomrani Arzu Qulaməli, 2015-ci il təvəllüdlü Abdikord Afşin Əli oğlu və 2001-ci il təvəllüdlü Abdikord Afaq Əlinin sərhəd nəzarətinə təqdim etdikləri İtaliya pasportları şübhə doğurub, dərinləşdirilmiş laborator müayinə nəticəsində saxta olmaları müəyyən edilib. Araşdırma zamanı saxlanılmış şəxslərin üzərində onlara məxsus İİR pasportları aşkar olunub, həmin pasportlara əsasən onların 17.11.2018-ci il tarixdə "Tehran-İstanbul" aviareysi ilə uçmaları və bir gündən sonra geri qayıtmaları müəyyən olunub. Saxta İtaliya pasportlarını da Türkiyədən almaları ehtimal edilir. Müvafiq araşdırmalardan sonra saxlanılmış şəxslər gəldikləri istiqamətdə ölkə ərazisindən deportasiya olunublar.
Namiq
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












