Saxta viski hazırlayan dəstə ələ keçdi - FOTO

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən insan sağlamlığına ciddi təhlükə yaradan saxta, tərkibi məlum olmayan spirtli içkilər hazırlayan şəxslərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat-tədbiri həyata keçirilib. Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində xarici dövlətlərdə istehsal olunaraq Azərbaycana idxal edilən spirtli içkilərin ölkə daxilində saxta nümunələrini eyni adlar altında qanunsuz olaraq hazırlayan Bakı şəhər sakini Cabir Həsənov və qohumu Dadaş Həsənov saxlanılıblar.
Saxlanılan şəxslərə məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli anbara və sexə baxış zamanı külli miqdarda saxta “Stoliçnaya”, “Absolut” araqları, “Jack Daniels” və “Chivas regal” viskiləri, bu içkilərin hazırlanmasında istifadə edilən mənşəyi məlum olmayan spirt, külli miqdarda aksiz markalar, etiketlər, qapaqlar və digər avadanlıqlar aşkar olunaraq götürülüb.
Saxlanılan şəxslər ifadələrində bildiriblər ki, qanunsuz yolla hazırladıqları saxta spirtli içkilərin Bakı şəhəri və respublikanın rayonlarında satışını təşkil etmək istəyiblər. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində onların bu niyyətlərinin qarşısı alınıb.
Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan spirtli içkilər keyfiyyətsiz, istifadəyə tam yararsız və ən əsası insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir.
Toplanmış material prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.
Elmin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI



















